featured-image-27248

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan qalmaqallı açıqlama verib.

Msport.az-ın məlumatına görə, FIFA agenti Rumıniya mətbuatına müsahibəsində həyatından bəhs edən sənədli film çəkmək istədiyini bildirib:

“1000 dəfə dünyaya gəlsəm, yenə eyni şeyi edər və heç zaman peşman olmaram. Düşünürəm ki, növbəti layihə mənim həyatımın filmi olacaq”.

Əgər o, sözünə sadiq olsa, 48 yaşlı mütəxəssislə şəxsi münasibətləri barədə daha çox təfərrüat üzə çıxacaq. Yerli mətbuat hesab edir ki, Prodanın bu açıqlaması Regekampf üçün ciddi siqnaldır.

Regekampfla boşanma məsələsinə də toxunan Prodan bu sirkin bitməsini istəyir: “Bu bataqlıqdan çıxmaq üçün çox çalışmışam. Hər kəsin öz həyatı var. Uşaqlarını görmək istəyirsə, ünvanı bilir. Uşaqlar illərdir heç nə istəmədən onu gözləyirlər. Sadəcə, onu görmək üçün. İcazə verin, artıq bu barədə danışmayaq. “Regekampf” sözünü, nə etdiyini, nə kəşf etdiyini eşitmək istəmirəm. Mənim gözəl, dinc, xoşbəxt həyatım var. Övladlarımla birlikdə ləyaqətlə, düzlüklə yaşamağa davam edirik. Belə də qalacağıq”.

Qeyd edək ki, Laurentsiu Regekampf ötən ilin yayından “Neftçi”yə başçılıq edir.

Cahid

Bənzər xəbərlər