featured-image-15898

“Kəpəz” Premyer Liqanın 12-ci turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyuna ciddi itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “sarı-göylər”in heyətində həm zədəli, həm də cəzalı futbolçular var. Əfran İsmayılov ilə Samir Məhərrəmli bir müddətdir ki, zədədən əziyyət çəkir və onlar bu turu buraxacaqlar. Zamiq Əliyev isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək.

Bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:00-da start veriləcək.

Bənzər xəbərlər