"Kəpəz"də "yarpaq tökümü" davam edir - FOTO
“Kəpəz”də “yarpaq tökümü” davam edir. Msport.az xəbər verir ki, Gəncə klubunun yarımmüdafiəçisi Georgi Kantariya da komanda ilə vidalaşıb.
Gürcü futbolçu instaqramda “”goodbye “Kapaz” yazıb foto paylaşaraq azarkeşlərlə sağollaşıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 31 oyunda meydana çıxıb.








