featured-image-38198

“Kəpəz” yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisi portuqaliyalı qapıçı İqor Rodrigeslə anlaşıb.

Müqaviləyə əsasən, 28 yaşlı qolkiper mövsümün sonunadək bölgə klubunun formasını geyinəcək.

Qeyd edək ki, son klubu ölkəsində “Feyrense” olan qapıçı daha əvvəl “Benfika” ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya”nın şərəfini qoruyub.

Bənzər xəbərlər