"Kəpəz" ev oyunlarını harada keçirəcək? - PFL-dən açıqlama
“Kəpəz”in yeni mövsümdə rəqiblərini hansı stadionda qəbul edəcəyi bəlli deyil.
Msport.az xəbər verir ki, bunu PFL-in texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında deyib:
“Stadionun ot örtüyündə indi müsbətə doğru dəyişiklər var. Qazonun vəziyyəti pis deyil. Lakin yardımçı otaqlar hələ hazır deyil. Təəssüf ki, bununla bağlı problemlər qalır. Ötən mövsüm də biz “Kəpəz”ə güzəşt etdik. Amma sonradan ot örtüyünün pis vəziyyətə düşməsi ilə bağlı oyunların Gəncədə keçirilməsinə icazə vermədik”.







