"Kəpəz" Mate Kvirkviyanı saxlaya bildi - RƏSMİ
“Kəpəz”in Mate Kvirkviya ilə yeni müqavilə bağladığını rəsmən açıqlayıb. Msport.az xəbər verir ki, gürcü vingerin karyerasını Özbəkistanda davam etdirmək variantı var idi. O, son anda Gəncə klubunda qalmağa üstünlük verib.
27 yaşlı futbolçu daha bir il “Kəpəz”in formasını geyinəcək..
Kvirkviya ötən mövsüm Premyer Liqada 33 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.







