featured-image-30591

“Kəpəz” Azərbaycan Premyer Liqasının 36-cı turunun “Qəbələ” ilə oyununa itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, Gəncə klubunun iki aparıcı futbolçusu “qırmızı-qaralar”a qarşı oynaya bilməyəcək.

Yeqor Xvalko sarı vərəqə limitini doldurduğu üçün matçı kənardan izləməli olacaq.

Yusif Nəbiyev isə kor bağırsağından əməliyyat olunduğu üçün komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” görüşü bu gün saat 17:30-da başlayacaq.

AYXAN

 

Bənzər xəbərlər