"Kəpəz" "Qəbələ"ni məğlub etdi
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Açılış matçında “Kəpəz” Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sarı-göylər”in heyətində qolları 19-cu dəqiqədə Georgi Papunaşvili və 66-cı dəqiqədə penaltidən Amil Yunanov vurublar. “Qırmızı-qaralar”dan isə 43-cü dəqiqədə Osama Xalayla fərqlənib.
Bu qələbə ilə xallarını 23-ə çatdıran “Kəpəz” 9-cu pillədəki mövqeyini qoruyub. “Qəbələ” isə 15 xalla 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.