featured-image-26743

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “Səbail” oyunundan əvvəl Gəncə şəhər stasionunda xüsusi tədbir olacaq.

Msport.az xəbər verir ki, matçdan öncə basketbol üzrə ölkə kubokunun qalibi olan “Gəncə” klubunun qazandığı medallar və kubok azarkeşlərə təqdim olunacaq.

“Gəncə”nin basketbolçuları arenaya toplaşmış tamaşaçılarla görüşəcəklər.

Oyunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun da izləməsi gözlənilir.

Xatırladaq ki, “Gəncə” Azərbaycan kubokunun finalında NTD komandası üzərində qələbə qazanmışdı – 100:89.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər