featured-image-31464

“Kəpəz” yeni mövsümün ilk turlarını Gəncədə keçirməyə bilər.

Msport.az saytına daxil olan məlumata görə, buna səbəb Gəncə şəhər stadionunun hazırkı durumudur.

Qəzalı vəziyyətdə olan arenanın təmirə bağlanacağı gözlənilir. Bu baş verməsə belə, ot örtüyünün yay aylarında yararsız vəziyyətə düşə biləcəyini nəzərə alan klub rəhbərliyi indidən alternativ variantları götür-qoy etməyə başlayıb.

Qeyd edək ki, “Kəpəz” ötən mövsüm də analoji problemlə üzləşib. Mövsümün əvvəlini tribunaların qəzalı vəziyyətdə olmasına, sonunu isə ot örtüyünə görə müvafiq olaraq Bakı və Qəbələdə keçirib.

CAHİD

Bənzər xəbərlər