"Kəpəz" yeni legionerlə anlaşdı
Ötən mövsümlə müqayisədə heyətinin aparıcı futbolçularını itirən “Kəpəz” boşluqları doldurmağa çalışır.
Msport.az xəbər verir ki, Gəncə klubu gedənlərin yerinə oyunçular axtarır.
Yeni baş məşqçi Azər Məmmədov nigeriyalı Olavale Onanuqanı bəyənib.
Son mövsümü Albaniyada – “Kastrioti”də keçirmiş 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, afrikalı oyunçu Albaniya çempionatında 65 matçda meydana çıxıb və 1 qol vurub.







