"Kəpəz" yeni mövsümün hazırlıqlarına başladı
“Kəpəz” yeni mövsümün hazırlıqlarına start verib.
Msport.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı təbii meydanında keçirilən məşq prosesi seleksiya xarakteri daşıyır.
Hazırlığa təcrübəli oyunçularla yanaşı, Gəncə futbol məktəbinin gənc yetirmələri də qatılıblar. Klubun əvəzedici heyətinin və U-19 komandasının futbolçuları məşqlərə qoşulublar.







