featured-image-45195

“Bavariya”nın futbolçusu Harri Keyn Almaniya Bundesliqasında daha bir rekord qırıb.

Msport.az xəbər verir ki, hücumçu buna “Darmştadt”a qalib gəldikləri (5:2) 26-cı tur oyununda fərqlənməklə nail olub.

İngiltərəli forvard Almaniyada çempionatının yüksək dəstəsində debüt mövsümündə 31-ci qoluna imza atıb.

O, 1963/1964 mövsümündə 30 dəfə rəqib qapılarına yol tapan Uve Seeleron rekordunu yeniləyib.

Bundan əlavə, 31 qol Keynin mövsüm üçün şəxsi rekordudur. O, əvvəl “Tottenhem”də iki dəfə 30 qola imza atıb.

Bənzər xəbərlər