featured-image-25041

“Napoli”nin baş məşqçisi Luçano Spalletti müdafiəçi Kim Min Ce haqqında müsbət fikirlər səsləndirib.

Msport.az xəbər verir ki, bu barədə tvitterdə insayder Fabritsio Romano paylaşım edib.

İtaliyalı mütəxəssis Kimin hazırda dünyanın ən yaxşı mərkəz müdafiəçisi olduğunu bildirib: “O, oyun ərzində 20 inanılmaz hərəkət edir. Kim komandanın hücumunu başlayanda 5 saniyəyə topu rəqibin cərimə meydançasına apara bilir”.

26 yaşlı cənubi koreyalı futbolçu ötən il “Fənərbaxça”dan “Napoli”yə keçib. O, cari mövsümdə İtaliya A seriyasında 25 oyunda 2 qol vurub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər