featured-image-17365

“Sabah”ın baş məşqçisi Murad Musayev rusiyalı futbolçuların Azərbaycan Premyer Liqasına gəlməməsindən danışıb.

Msport.az “RB Sport”a istinadən xəbər verir ki, o, rusiyalı oyunçuların maaşının yüksək olduğunu deyib:

“Rusiyalı futbolçuların əməkhaqqısı çox yüksəkdir. Kimisə Azərbaycana gətirmək çox çətindir. Eyni səviyyəli futbolçuları İspaniya Sequndasından götürmək daha sərfəlidir. O səviyyəli futbolçular daha az alırlarmı? Əlbəttə. Rusiya futbolunun səviyyəsi İspaniyadan geri qalır? Deməzdim ki, Rusiyada futbol Sequndadan geri qalır. Lakin həyat ümumiyyətlə, ədalətsizdir”.

Bənzər xəbərlər