featured-image-24690

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun fikrincə, mövsümün sonunda Premyer Liqadan bir komandanın I Diviziona düşməsi məntiqsiz addımdır.

Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis AFFA-nın baş katibi Sərxan Hacıyevin növbəti dəfə idman prinsiplərinin qorunacağına dair açıqlamasına münasibət bildirərkən belə deyib:

“İdman prinsiplərinə uyğun addım atılacaq ki, heç kim buna görə mübahisə etməyəcək. Sadəcə, premyer-liqanı tərk edəcək komandaya görə bütün Azərbaycan heyfsilənəcək. Öz adımızdan danışım. Sumqayıt kimi böyük şəhərin böyük futboldan uzaq düşməsi heç də yaxşı olmayacaq. Ən pisi odur ki, heç kim növbəti mövsüm divizionun qalibinin yenidən elitaya dönəcəyinə zəmanət vermir. Bölgə təmsilçilərinin premyer-liqanı tərk etməsi, həmin regionda futbolun ölümünə fərman verməyə bənzəyir. Elitada komanda sayını artırmaq daha yaxşıdı, nəinki kimisə aşağı salmaq. Dağıtmağa nə var ki?

Elitanı tərk edəcək komandanın azarkeşləri üzüləcək, sponsorlar kənara çəkiləcək. Biz özünəməxsus qaydaları olan futbol ölkəsində yaşayırıq. Bu vaxta kimi niyə bu məsələ aktual deyildi? Bu günə kimi heç bir klub elitanı tərk etməmişdi ki, heç kim də heç nə demirdi. İndi nə dəyişdi?

Cari mövsümdə Gəncəyə, Tovuza böyük futbol qayıdıb. Nəyi pisdi? Bölgə oyunlarında dolu tribunalar görürük ki, buna da sevinirik. Fikrimcə, kimisə elitadan aşağı salmaq məntiqsiz addımdı. (Futbol+)

 

Bənzər xəbərlər