featured-image-29469

“Qəbələ” Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə uduzub. Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev oyunu dəyərləndirib:

“Hücumda olmağı düşünürdük. “Qarabağ”ın gücünü bilirdik, çempionatımızın lideridir. Amma komandamız bu oyuna hazır idi. Bu oyunun üzərində çox dayanmağa ehtiyac yoxdur. Qarşıda bizi 3 çempionat görüşü və kubokun finalı gözləyir. Ona görə düzgün təhlil edib, qarşıdakı matçlara hazırlaşmaq önəmliidr.

“Qarabağ”ın oyunçuları usta futbolçulardır. “Qarabağ”a qarşı daha çox oynadıqca inkişaf edəcəksən. Bəzən biz də rəqib kimi pressinq edirdik və uğurlu alınırdı. Düşünmürəm ki, “Qarabağ” orta sahədə bizdən üstün oldu. Sadəcə ustalıq səviyyəsi nəticəyə təsir göstərdi”.

“Qəbələ”nin çalışdırıcısı çempionatda onları gözləyən 3 oyunla da bağlı fikirlərini bölüşüb: “Dəfələrlə qeyd etmişik ki, mən daxil komandada heç kim düşünmür ki, rəqibimiz necə oynayır. Daha çox özümüzə köklənmişik, özümüz inkişaf etmək istəyirik. Kimsə uğurlu, ya uğursuz olacaq, o, bizə maraqlı deyil. Öz komandamın üzərində dayanmaq istəyirəm. Düşünürəm ki, düzgün yoldayıq və belə davam etdikdə öz hədəfimizə çatacağıq”. (CBC Sport)

AYXAN

 

 

Bənzər xəbərlər