Kiprdə “Neftçi”ni xatırladılar
Kipr I Divizionunun XIII turunun “Pafos” – “Olimpiakos” (Nikosiya) oyunundan sonra maraqlı hadisə başa verib.
Msport.az-ın məlumatına görə, matçdan sonra vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etmiş Mamadu Kane və Donald Gerye yerdə oturaraq, bir neçə dəqiqə söhbət ediblər.
Yerli mətbuat həmin fotoya maraqlı başlıq qoyub: “Pafosda Azərbaycanı xatırladılar”.
Nəşr daha sonra yazıb: “Olimpiakos”lu Gerye və “Pafos”lu Kane “Stelios Kiriakidis” stadionundakı matç başa çatdıqdan sonra, yəqin ki, “Neftçi”də birlikdə keçirdikləri anları yada salıblar.
Qeyd edək ki, Donald Gerye 2019/2020 mövsümündə “Neftçi”də Mamadu Kane ilə komanda yoldaşı olub. Haitili yarımmüdafiəçi “Qarabağ”ın da formasını geyinib.