featured-image-16284

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, bu, turnirin qrup mərhələsi başa çatdıqdan sonra dəqiqləşib.

Ağdam təmsilçisi KL-in pley-offunda öz qruplarında 2-ci yeri tutan “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Lex” (Polşa), “Partizan” (Serbiya), “Dnepr-1” (Ukrayna), “Gent” (Belçika), “Bazel” (İsveçrə) və ÇFR (Rumıniya) komandalardan biri ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurduğu üçün mübarizəni Konfrans Liqasında davam etdirəcək. Bu turnirin pley-off mərhələsinin püşkatması noyabrın 7-də təşkil olunacaq.

Bənzər xəbərlər