featured-image-16776

“Baku Marriott Hotel Boulevard” hoteldə Klublar Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib. Toplantıda Misli Premyer Liqasının cari mövsümü ərzində baş verən prosseslər, oyunların daha yaxşı təşkili, milli komandanın oyunçuların imic hüquqları ilə bağlı və digər məsələlər müzakirə olunub. Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.

Bənzər xəbərlər