featured-image-20905

“Sabah”ın baş məşqçisi Murad Musayev Türkiyə toplanışı çərçivəsində Serbiyanın “Voyvodina” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Msport.az xəbər verir ki, o, 4:2 hesablı qələbə qazandıqları matçla bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu gün fiziki cəhətdən güclü komandaya qarşı oynadıq. Komandamın sərgilədiyi futboldan razı qaldım. Şadam ki, qələbə qazandıq. Lakin bundan da mühüm olan odur ki, bu gün meydanda məzmunlu, yaxşı futbol sərgilədik”.

Bənzər xəbərlər