featured-image-29992

Türkiyə Super Liqasında 34-cü oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin şərıfini qoruduğu “Konyaspor” səfərdə “Alanyaspor”un qapısından 3 cavabsız top keçirib.

Start heyətində meydana çıxan həmyerlimiz 64-cü dəqiqədə əvəzlənib. Qonaqların heyətində Alexandro Pozuelo dubl edib.

Mahir meydanda olan müddətdə Konya təmsilçisi 2 qol vursa da, 25 yaşlı futbolçu məhsuldar hərəkətlə yadda qalmayıb.

Bu qələbədən sonra xallarını 46-ya çatdıran “Konyaspor” 6-cı pilləyə yüksəlib.

AYXAN 

Bənzər xəbərlər