featured-image-29425

“Konyaspor”dan Mahir Emreli qərarı

Türkiyə “Konyaspor”u Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından icarəyə götürdüyü Mahir Emrelini cari mövsümün sonunda birdəfəlik transfer edə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu istənilən səviyyədə çıxış etməsə də, artıq əsas heyət üzvünə çevrilib.

Komandanın baş məşqçisi Aleksandar Stanoyeviç gələn mövsüm də təcrübəli forvardı sərəncamında görmək istəyir. İddiaya görə, Zaqreb klubu ilə razılıq əldə olunsa, Emreli Konyada qalacaq.

Qeyd edək ki, Mahir Emreli bu ilin yanvarından “Konyaspor”un formasını geyinir.

CAHİD

Bənzər xəbərlər