"Konyaspor" Mahir də olmaqla yeni transferlərdən narazıdır
Milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Konyasopor” qış fasiləsində heyətə cəlb etdiyi oyunçulardan hələ bir nəticə görməyib. Msport.az xəbər verir ki, “yaşıl ağlar” transfer pəncərəsi zamanı 6 yeni futbolçu ilə müqavilə bağlayıb.
Yeni transferlərdən ən çox Marlos Moreno meydanda olub. 26 yaşlı kolumbiyalı vinger 4 matçda 308 dəqiqə forma geyinib.
Yunanıstanlı yarımmüdafiəçi Andreas Buxalakis 5 oyunda 284 dəqiqə şans əldə edib.
Mahir Emreli dörd görüşdə 228, Alexandro Pozuelo isə 195 dəqiqə meydanda olub.
Metehan Mert və xorvatiyalı Niko hələ ki debüt etməyiblər.
Mahirin də içində olduğu 4 yeni transfer məhsuldar ötürmə və ya qolla yadda qalmayıblar. Türkiyə mətbuatı bu “dördlü”dən yalnız Morenonun daha yaxşı təsir bağşıladığını qeyd edib.
AYXAN