"Krasnodar" "Qarabağ"a olan borcunu nə vaxt ödəyəcək? - Klubdan açıqlama
Bu ilin yanvarında “Qarabağ”dan Kadi Borgesi 5 milyon avroya transfer edən “Krasnodar” tezliklə Ağdam təmsilçisinə olan borcunu tam ödəyəcək.
Bu barədə Msport.az saytına klubun direktoru Emrah Çelikel məlumat verib.
Onun sözlərinə görə, əvvəldən Rusiya klubu ilə razılaşma belə olub ki, təzminat məbləği iki mərhələdə ödənilsin: “İlkin mərhələdə 3 milyon avro köçürmə etdilər. Qalan 2 milyonu isə bu ay ödəyəcəklər”.
Qeyd edək ki, Kadir Borges “Krasnodar”la 3.5 illik müqavilə imzalayıb.







