featured-image-29563

ASCO, “Suraxanı Gəmi-muzeyi” və “Səbail”in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Futbol dalğası” festivalı keçirilib.

Msport.az xəbər verir ki, “Suraxanı Gəmi-muzeyi”ndə baş tutan tədbirdə “dənizçilər”in üzvləri Rahid Əmirquliyev, Ağabala Ramazanov, Emil Balayev, Emil Martinov və Matiya Lyuyiç də iştirak ediblər.

Futbolçular iştirakçılarla birlikdə maraqlı vaxt keçirib və onlara imzalı şəkillərini veriblər.

Bundan başqa, festivalda Kriştianu Ronaldunun maketini geyinmiş personaj da nümayiş olunub.

media-cb8fb505-7097-49ad-a33a-21cfe13f460a media-461378fd-d5a5-40e5-9044-5fb8a70fc2e1 media-91f75116-70c6-487d-9965-ed1ae64c6612 media-861fd03c-b8e5-430e-9db8-ae6775e3c774 media-697e7271-0ac8-4cce-b080-b5d3a73ed6c0

Bənzər xəbərlər