Kubokun 1/4 finalı rəqəmlərin gözü ilə
Gələn həftə Azərbaycan Kubokunda 1/4 finala start veriləcək.
Msport.az xəbər verir ki, həm ilk, həm cavab görüşləri iki günü əhatə edəcək.
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açqlayıb.
Azərbaycan Kuboku
1/4 final
8 dekabr (cümə axşamı)
“Zirə” – “Neftçi” – 8 oyun, +3=3-2 top fərqi 4-6
Əvvəlki dörd dueldə komandalar hərəyə 2 dəfə mərhələ adlayıb. Son iki mövsümdəki 4 matçda qol buraxmayan “Zirə” tur keçib.
2016/17 | 1/4 final | Zirə (Bakı) – Neftçi (Bakı) | 0:3, 2:1 |
2017/18 | 1/4 final | Zirə (Bakı) – Neftçi (Bakı) | 1:0, 0:2 |
2020/21 | 1/4 final | Neftçi (Bakı) – Zirə (Bakı) | 0:1, 0:0 |
2021/22 | 1/2 final | Zirə (Bakı) – Neftçi (Bakı) | 0:0, 0:0, p.4:2 |
“Qarabağ” – “Qəbələ” – 13 oyun, +6=5-2 top fərqi 22-9
Komandaların yolları indiyədək 7 dəfə kəsişib. 5 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” dueldən qalib ayrılıb. Son 5 matçda ağdamlılar qələbə qazanıb.
2011/12 | 1/4 final | Qəbələ – Qarabağ (Ağdam) | 2:2, 0:0 |
2012/13 | 1/4 final | Qəbələ – Qarabağ (Ağdam) | 1:1, 0:0 |
2013/14 | 1/4 final | Qəbələ – Qarabağ (Ağdam) | 0:0, 2:1 |
2016/17 | final | Qarabağ (Ağdam) – Qəbələ | 2:0 |
2018/19 | 1/2 final | Qəbələ – Qarabağ (Ağdam) | 1:0, 1:2 |
2020/21 | 1/4 final | Qarabağ (Ağdam) – Qəbələ | 3:1, 3:0 |
2021/22 | 1/2 final | Qəbələ – Qarabağ (Ağdam) | 1:3, 0:5 |
9 dekabr (cümə)
“Kəpəz” – “Turan Tovuz” – indiyədək qarşılaşmayıblar
“Səbail” – “Sabah – indiyədək qarşılaşmayıblar