Künde bu tur da “Barsa”da debüt edə bilməyəcək
“Barselona”nın yeni transferi Jül Kündenin debütü bu həftə də baş tutmayacaq.
Msport.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu La Liqanın 2-ci turu çərçivəsində avqustun 21-də “Real Sosyedad”la qarşılaşacaq. Ancaq fransalı müdafiəçinin adı oyunun iştirak ərizəsinə daxil edilməyəcək.
“Barsa” hələ də 23 yaşlı futbolçunu La Liqada oynamaq üçün sifariş edə bilməyib.
Güman olunur ki, Memfis Depay və Pyer Emerik Obameyanqın satışından sonra Xavinin komandası Kündeni sifariş edəcək.
“Barselona” 3-cü turda “Valyadolid”i qəbul edəcək.