featured-image-24443

Corco Kyellini MLS-də ilk qolunu vurub. Msport.az xəbər verir ki, “Los Anceles” klubunun müdafiəçisi “Portlend Timbers”lə oyunun 24-cü dəqiqəsində hesabı açıb.

Oyun “Los Anceles”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu italiyalı futbolçunun karyerasında 52-ci qol olub. Kyellini 2008-2009 və 2009-2010-cu illər mövsümündə 5 dəfə fərqlənib.

38 yaşlı oyunçu “Los Anceles”ə 2022-ci ildə keçib. O, 2005-2022-ci illər arasında “Yuventus”da çıxış edib. Müdafiəçi Turin klubunun heyətində 9 dəfə İtaliya çempionu olub. Kyellini İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionatında qalib gəlib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər