La Liqa təmsilçisində yeni hücumçu
“Vilyarreal” heyətinə yeni futbolçu qatıb.
Msport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniya klubu İsveçrənin “Bazel” komandasından fransız hücumçu Tyerno Barrini transfer edib.
21 yaşlı forvard “Vilyarreal”la 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
Gənc hücumçu İsveçrə çempionatında bu mövsüm meydana çıxdığı 4 oyunda 5 qol vurub.
“Vilyarreal” növbəti matçını “Sevilya”ya qarşı keçirəcək.