featured-image-74457

İspaniya La Liqasında yanvar ayının ən yaxşı məşqçisinin və ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, yanvarın ən yaxşı baş məşqçisi adına “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Mataratso layiq görülüb.

Mütəxəssis səsvermədə “Selta”dan Klaudio Xiraldeşi və “Jirona”dan Miçel Sançesi qabaqlayıb.  Yanvarda “Real Sosyedad” 4 oyun keçirib, bunlardan 3-də qələbə qazanıb, 1 görüşdə isə heç-heçə edib.

“Ayın ən yaxşı futbolçusu” nominasiyasının qalibi isə “Malyorka”nın hücumçusu Vedat Muriqi olub. 31 yaşlı kosovalı futbolçu ay ərzində keçirdiyi 4 oyunda 5 qol vurub. O, bu səsvermədə Aleksander Sörlot (“Atletiko”), Qonsalu Gedəş (“Real Sosyedad”), Vladislav Vanat (“Jirona”) və Markos Alonsonu (“Selta”) geridə qoyub.

Bənzər xəbərlər