featured-image-74401

“Barselona”nın  hücumçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.

Msport.az xəbər verir ki, polşalı forvard qitənin ən nüfuzlu klub turnirində artıq 40-cı fərqli komandaya qol vurub.

Bununla da o, bu göstəricidə Messi ilə ilk yeri bölüşür. 37 yaşlı futbolçunun 40-cı qol vurduğu klub “Kopenhagen” olub. Levandovski görüşün 48-ci dəqiqəsində fərqlənib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib.

Bu siyahıda növbəti pillədə 38 fərqli kluba qol vurmuş portuqaliyalı ulduz Kriştiano Ronaldo yer alır.

Bənzər xəbərlər