featured-image-10868

“Barselona”nın hücumçusu Robert Levandovski xoşagəlməz hadisə ilə üzləşib.

Msport.az “NDTV Sports”a istinadən xəbər verir ki, Polşa millisiin futbolçusu klubun bazasının yaxınlığında azarkeşlərə avtoqraf verərkən soyğunçuluğa məruz qalıb. 33 yaşlı forvardın saatı oğurlanıb.

Levandovski maşınının şüşəsini açaraq avtoqraf verirmiş. Həmin anda kimsə digər qapını açaraq, futbolçunun qolundan 70 min avroluq saatı oğurlayıb. Levandovski qarətçinin dalınca düşsə də, ona çata bilməyib.

Hadisə baş verən kimi yerli polis şöbəsinə bu haqda məlumat verilib. Təxminən bir saata hadisəni törədən 19 yaşlı gənc yaxalanıb. Cinayətkar polis tərəfindən saxlanılıb saat isə Levandovskiyə qaytarılıb.

Bənzər xəbərlər