"Lex"in yeni baş məşqçisi: "Ən önəmlisi "Qarabağ"la oyuna hazır olmaqdır"
“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki rəqibi Polşa “Lex”inin yeni baş məşqçisi Con van den Brom klubun rəsmi saytına açıqlama verib.
Msport.az xəbər verir ki, niderlandlı mütəxəssis “Qarabağ”la oyun haqqında belə deyib:
“”Qısa vaxt ərzində çox oyun keçirəcəyik. Ən önəmlisi, iyulun 5-də “Qarabağ”la oynayacağımız matça hazır olmaqdır. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var”.
Qeyd edək ki, “Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.