featured-image-71239

Libertadores kubokunun yarımfinalında “Palmeyras” (Braziliya) – “LDU Quito” (Ekvador) cavab matçı keçirilib.

Msport.az xəbər verir ki, bu komandalar arasnda ilk görüşdə Ekvador təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.

Cavab oyununda isə “Palmeyras” rəqibinin qapısından 4 cavabsız qol keçirərək adını finala yazdırıb. Qaliblərin heyətində Rafael Veyqa dubl edib, Ramon Sosa və Bruno Fuks isə hərəyə bir dəfə fərqləniblər.

“Palmeyras” həlledici matçda “Flamenqo” ilə qarşılaşacaq. Oyun noyabrın 30-da keçiriləcək.

Bənzər xəbərlər