featured-image-25267

I Divizionda XXI tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Lider “Araz Naxçıvan” doğma meydanda “Zirə”nin əvəzedici komandası ilə qarşılaşıb. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib.

I Divizion
XXI tur

15 mart

Araz Naxçıvan – Zirə-2 3:0
Qol: De Saboa İv Lüsyen, 29. Orxan Əliyev, 60. Fərid Kərimzadə, 86.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov.
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

Turun əvvəlki oyunları bu hesablarla yekunlaşmışdı:

Neftçi-2 – Qarabağ-2 3:0
Səbail-2 – İmişli 2:0
Qaradağ Lökbatan – Şamaxı-2 0:1
Mingəçevir – Kəpəz-2 1:1
Sumqayıt-2 – MOİK 0:1
Qəbələ-2 – Turan Tovuz-2 2:0

Bənzər xəbərlər