featured-image-24697

Azərbaycan I Divizionunda XX tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

“İmişli” doğma meydanda “Qaradağ Lökbatan”ı tək qolla üstələyib. “Qarabağ”la “Səbail”in əvəzediciləri arasındakı oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “Araz Naxçıvan” isə səfərdə “Sumqayıt”ın ikinci komandasına qalib gəlib.

I Divizion
XX tur

8 mart

İmişli – Qaradağ Lökbatan 1:0
Qol: Comərd Baxşəliyev, 77.
Saatlı OİK stadionu, 15:00.

Qarabağ-2 – Səbail-2 2:0
Qol: Nurlan Şabanov, 73; 78-pen.
Binə qəsəbə stadionu, 15:00.

Sumqayıt-2 – Araz Naxçıvan 1:3
Qol: Alya Ture, 54 – Ege Atlam Adnan, 41. Fəhmin Muradbəyli, 47. Orxan Əliyev, 77.
Sumqayıt şəhər stationu (ehtiyat meydança), 15:00.

Turun digər oyunları:

Zirə-2 – Qəbələ-2 2:4
Kəpəz-2 – MOİK 4:0
Zaqatala – Neftçi-2 1:3
Şamaxı-2 – Mingəçevir (təxirə salınıb)

Bənzər xəbərlər