featured-image-33699

“Qarabağ” Çempionlar Liqası I təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu 4:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi bu qələbə sayəsində Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Böyükhesablı qələbə ölkəmizin ehtiyatına 0,250 xal gətirib. Hazırda Azərbaycanın aktivində 14,750 xal var.

Azərbaycan UEFA reytinqində 29-cu sırada qərarlaşıb. 28-ci pillədə olan Slovakiya 14,625 xala malikdir.

Bənzər xəbərlər