featured-image-74471

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Msport.az xəbər verir ki, İngiltərə klubu Niderland millisinin üzvü Lyütsxarel Qertreydanı transfer edəcək.

Bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.

25 yaşlı sağ cinah müdafiəçisi hazırda icarə əsasında “Sanderlent”də çıxış edir. Onun transfer hüquqları “Leyptsiq”ə məxsusdur.

“Liverpul”un baş məşqçisi Arne Slot Qertreydanı “Feyenoord”da işlədiyi dönəmdən tanıyır.

Onun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt müdafiəçini 20 milyon avro dəyərləndirir.

 

Bənzər xəbərlər