featured-image-74010

“Liverpul” müdafiə xəttini gücləndirmək üçün İtaliya nəhənginin oyunçusu ilə maraqlanır.

Msport.az xəbər verir ki, İngiltərə nəhəngi “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.

Futbolçu özü də İngiltərə Premyer Liqasında çıxış etməyə müsbət yanaşır. “Mersisaydlılar”ın bu addımı atmasına səbəb kimi 19 yaşlı gənc müdafiəçi Covanni Leoninin zədələnməsi və əsas rəqiblərdən olan “Mançester Siti”nin Mark Qehini transfer etməsi göstərilir. Klub rəhbərliyi müdafiə xəttini gücləndirməyə daha çox diqqət ayırır. Bundan başqa, “Liverpul”un siyahısında alternativ namizəd kimi Dortmund “Borussiya”sından Niko Şlotterbekin də adı var.

Qeyd edək ki, Bastoni cari mövsüm bütün turnirlərdə 24 matçda meydana çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər