Lixtenşteyn gözünü Azərbaycana dikib – 6 illik həsrətə son qoymaq arzusu
Azərbaycan yığması UEFA Millətlər Liqasının 2026-27 mövsümündə son oyununu sabah səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri millimizlə qarşılaşmaya böyük ümidlərlə hazırlaşır.
Belə ki, lixtenşteynlilər rəsmi matçlardakı qələbəsizlik seriyasına “Reynpark” stadionunda son qoyacaqlarına inanırlar: “Konrad Funfstuk Lixtenşteynin “sükanı arxasında” olduğu 3 ildə cəmi 3 qələbə sevinci yaşayıb. Bunların isə heç biri rəsmi matçlara təsadüf etməyib. Lixtenşteynin son rəsmi qalibiyyətinin üstündən 6 ildən çox vaxt keçir. Komanda axırıncı dəfə 2020-ci ilin sentyabrında yenə Millətlər Liqasında San Marinonu (2:0) məğlub etməyi bacarıb”.
Mütəxəssizlər Azərbaycan yığmasını oyunun favoriti hesab etsələr də, meydan sahiblərinin də tilsimi qırmaq üçün səbəblərinin olduğunu bildiriblər: “Lixtenşteyn millisi ardıcıl 18 məğlubiyyətdən sonra oktyabrda Azərbaycandan səfərdə xal almağı bacardı. Bu da futbolçuların iştahasını artırdı. İndi onlar rəqibi öz meydanında məğlub edəcəklərinə inanırlar. Lakin bu, heç də real görünmür. Çünki müqayisədə Azərbaycan daha güclüdür”.
Qeyd edək ki, sabah Vaduzda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.







