featured-image-84812

Fransa yığmasının və “Real”ın hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının V turunda İtaliyaya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu budun arxa əzələsində yaranan narahatlıq səbəbindən bu gün baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.

Mbappenin UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda meydana qayıtması gözlənilir. Fransa millisi noyabrın 15-də öz meydanında Türkiyə yığmasını qəbul edəcək.

Qeyd edək ki, Mbappe cari mövsümdə “Real”ın heyətində La Liqa və UEFA Çempionlar Liqasında 16 oyuna çıxıb. Fransalı hücumçu bu görüşlərdə 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər