Premyer Liqa nəhəngi yeni baş məşqçisini seçdi
“Mançester Yunayted” məşqçi dəyişikliyinə hazırlaşır.
Msport.az xəbər verir ki, Maykl Kerriklə vidalaşacağı gözlənilən “qırmızı şeytanlar” Maurisio Poçettino ilə anlaşıb.
MY mütəxəssisin keçidi üçün hazırda çalışdığı ABŞ yığmasına 10 milyon avro təzminat ödəyəcək. Tərəflər arasında ilkin anlaşma baş tutub. Təyinatın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
“Mançester Yunayted” Premyer Liqada 10 turdan sonra 8 xalla 18-ci sıradadır.
Poçettino daha əvvəl İngiltərədə “Tottenhem” və “Çelsi”yə rəhbərlik edib.







