featured-image-84816

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola ABŞ millisini çalışdıra bilər.

Msport.az xəbər verir ki, ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”ə keçəcəyi təqdirdə, Qvardiolanın onun yerinə təyin olunması gündəmə gələcək.

ABŞ Futbol Federasiyasında ispaniyalı mütəxəssisin namizədliyi fəal şəkildə müzakirə edilir. Qvardiola daha əvvəl İtaliya millisini çalışdırmaq təklifini rədd edərək istirahət etmək qərarına gəlib.

Qeyd edək ki, Qvardiola “Mançester Siti” ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Kubokunun, 5 dəfə Liqa Kubokunun və 3 dəfə Superkubokun qalibi olub. Onun rəhbərliyi altında komanda Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında da bir dəfə qalib olub.

Bənzər xəbərlər