Mahir Emreli üçün rəsmi danışıq başladı
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa Ekstraklasasında göstərdiyi oyunla diqqət mərkəzində qalmağa davam edir.
Msport.az xəbər verir ki, çempionatın 14-cü turunda sabiq klubu Varşava “Legiya”sına qarşı matçda (4:2) məhsuldar ötürmə verən 29 yaşlı forvard “Rakuv” rəhbərliyinin tam etimadını qazanıb.
Çestoxova təmsilçisi azərbaycanlı hücumçunu komandada saxlamaqda son dərəcədə qərarlıdır. Bu səbəbdən rəhbərlik futbolçunun hüquqlarına sahib olan Almaniyanın “Kayzerslautern” klubu ilə rəsmi danışıqların növbəti mərhələsinə start verib.
Polşa klubunun əsas məqsədi yanvar transfer pəncərəsində Emrelinin transfer hüquqlarını tam satın alaraq onunla uzunmüddətli sözləşmə imzalamaqdır.







