London təmsilçisindən ayrıldı
İngiltərənin “Arsenal” klubu futbolçusu Emil Smit Rou ilə vidalaşıb.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu digər Premyer Liqa komandası “Fulhem”ə keçib.
Yarımmüdafiəçi yeni komandası ilə “5+1” illik müqavilə bağlayıb.
Qeyd edək ki, Emil Smit Rou yetirməsi olduğu “topçular”ın heyətində 115 matçda meydana çıxıb və 18 qol vurub.