featured-image-52212

“Birlikdə döyüşmək, müdafiə olunmaq və hücum etmək gözəl şeydir. Çox mühüm uğur əldə etmişik, lakin bu, başlanğıcdır. Razqradda işi bitirməliyik”.

Msport.az xəbər verir ki, bunu “Lüdoqorets”in futbolçusu Diniş Almeyda deyib.

Müdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” üzərində 2:1 hesablı qələbələrini şərh edib. O bildirib ki, cütün taleyi hələ həll olunmayıb: “Qarabağ”ın ötən mövsüm Avropa Liqasında etdikləri möhtəşəm idi. Azarkeşlərin dəstəyi ilə hər şey daha da çətinləşdi, amma biz hazır idik. Oyunu 1 nəfər azlıqda bitirsək də, 2:1 hesabı ilə qalib gəlməyi bacardıq. Düşünürəm ki, Bolqarıstana layiq olduğumuz nəticə ilə qayıdırıq”.

29 yaşlı futbolçu cavab görüşündə gözləntilərindən də danışıb: “Matçın taleyi hələ də bəlli deyil. Razqradda çox yaxşı oyun keçirməliyik. Cavab qarşılaşmasına qırmızı vərəqə alan və zədələnən futbolçumuz olmadan çıxacağıq. Çətin olacaq, amma vəzifəmiz belə şəraitdə də öhdəsindən gəlmək və Çempionlar Liqasında irəliləməkdir”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.

Bənzər xəbərlər