Luka Modriç: “Türkiyə millisi möhtəşəm komandadır”
“Türkiyə millisi möhtəşəm komandadır. Onlara həmişə hörmət edirik”.
Msport.az “Fotomaç”a istinadən xəbər verir ki, bunu Xorvatiya millisinin futbolçusu Luka Modric Türkiyəyə qarşı bu gün keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi bu rəqiblə daha əvvəllər də üz-üzə gəldiklərini söyləyib: “Bu görüşlər həmişə çətin keçib. Biz evdə oynayacağıq. Azarkeşlərimizin önündə qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, bu gün reallaşacaq Xorvatiya – Türkiyə görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.