featured-image-16305

Xorvatiya mətbuatı Zaqreb “Dinamo”sunun formasını geyinən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin UEFA Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.

Msport.az xəbər verir ki, “Sportske” nəşri yalnız son turda İngiltərə “Çelsi”sinə qarşı matçda meydana çıxan 25 yaşlı hücumçunun qeyri-adi nə iləsə yadda qalmadığını yazıb:

“O, “Stemford Bric”də iyirmi dəqiqə oynadığı son tura qədər gözlədi. Emrelinin sonradan meydana daxil olması “Dinamo”ya heç bir impuls gətirmədi”.

Qeyd edək ki, səfərdə “Çelsi”yə 1:2 hesabı ilə uduzan “Dinamo” qrupda sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb.

Bənzər xəbərlər