featured-image-19807

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” komandası ilə təlim-məşq toplanışına yollanıb.

Msport.az xəbər verir ki, bir müddət əvvəl komandadan ayrılacağı iddia olunan 25 yaşlı hücumçu komandanın heyətində Rovin şəhərinə gedib.

Baş məşqçi Ante Çaçiç hazırlığa ümumilikdə 28 futbolçu aparıb. Onlardan 25-i əsas komandanın, 3-ü isə əvəzedici heyətin üzvüdür. Yalnız kapitan Ariyan Ademi və yarımmüdafiəçi Yosip Mişiç səhhətində problem olduğu üçün Zaqrebdə qalıblar.

“Dinamo” yanvarın 12-də Sloveniyanın “Çelye” komandası ilə yoxlama görüşü keçirəcək.

Bənzər xəbərlər